DİM imtahan sualını səhv tərtib edib? – Video
Aprel 13
08:37
2023
Dövlət İmtahan Mərkəzinin martın 5 və 12-də keçirdiyi buraxılış imtahanlarında təqdim edilən bəzi sualların yanlış olması ilə bağlı iddialar gündəmdən düşmür.
Qlobal.az Xezerxeber.az-a istinadla xəbər verir ki, xüsusilə Riyaziyyat fənni üzrə təqdim edilən sualların quruluşu ilə bağlı narazılıqlar var.
Fizika-Riyaziyyat müəllimi Namiq Süleymanov düzgün olmadığını iddia etdiyi sualın detallarından danışıb.
Müəllim iddia edir ki, şagirdlər sözügedən tapşırığı həll etmək üçün 15 dəqiqə vaxt sərf ediblər və cavab olaraq ”3” rəqəmini qeyd ediblər.
Namiq Süleymanov iddia edir ki, sonradan sualın səhv olduğunu anlayan qurum həm abituriyentlərin tapdığı, həm də özünün əvvəldən düzgün kimi müəyyən etdiyi variantı doğru cavab olaraq qəbul edib.
Namiq müəllim martın 12-də keçirilmiş buraxılış imtahanında düzbucaqlı paralelepipedlə bağlı verilən sualın da nöqsanlı olduğunu iddia edir.
"DİM-dən iddialara münasibət bildirilib”
Nəticələr elan olunduqdan sonra iştirakçıların müraciətlərinə baxılması üçün apellyasiya komissiyası yaradılır. Yəni şikayəti olanlar komissiyaya müraciət edə bilərlər.
Ətraflı videomaterialı təqdim edirik: