Dilçilik İnstitunun direktoru: “Cəmiyyətdə “uje” sözündən istifadə halları artıb”
Dekabr 05
14:46
2018
"Azərbaycan dili qədim və zəngin dildir. Mətbuat Şurası yarandığı gündən ana dilinin qorunması məsələsinə xüsusi diqqət yetirir, yazılı mətbuatda dil ilə bağlı mütəmadi monitorinq keçirir".
Qlobal.az report-a istinadən xəbər verir ki, bunu Azərbaycan Mətbuat Şurasının sədri Əflatun Amaşov Azərbaycanda teleradio yayımçılarının ədəbi dil normalarına riayət edilməsi sahəsində bu ilin avqust-sentyabr aylarında aparılan proqramların (verilişlərin) monitorinqlərinin nəticələrinə dair konfransda deyib.
Onun sözlərinə görə, yazılı mətbuatda da dil nöqsanları var: "Burada daha çox qrammatik pozuntular qeydə alınır. Qüsurlardan biri də əcnəbi dillərdən sözlərin bizim dilimizə keçməsidir. Baş verən nöqsanların səbəbi jurnalistin qeyri-peşəkar və dili yaxşı bilməməsindən irəli gəlir".
Ə.Amaşov vurğulayıb ki, Azərbaycanda ədəbi dilinin saflığının qorunması dövlət sənədlərində öz əksini tapıb: "Ona görə də biz hamımız çalışmalıyıq ki, öz dilimizi qoruyaq”.
O eyni zamanda, Azərbaycan dilinə dublyaj edilən filmlərdə də nöqsanların çox olduğunu diqqətə çatdırıb: "Mən Azərbaycan dilinə dublyaj edilən filmlərə baxa bilmirəm, burada nöqanlar kifayət qədərdir”.
AMEA-nın Nəsimi adına Dilçilik İnstitutunun direktoru Möhsün Nağısoylu bildirib ki, dil xalqın sərvətidir, dövlət atributlarından biridir: "Azərbaycan dili dünyanın ən zəngin, səlis dillərindən biridir. Hər kəs dilə məsuliyytlə yanaşmalıdır. Dili insana uşaqlıqdan sevdirmək lazımdır. Onda Azərbaycan ədəbi dilinin pozulması hallarına rast gəlmərik”.
O həmçinin bildirib ki, son zamanlar cəmiyyətdə "uje” sözündən istifadə halları artıb: "Şadlıq evlərinin adlarının yanına "palace” sözünün yazılması nə məqsəd daşıyır?! Bu bizim dilimizdə saray deməkdir, bəs onda niyə saray deyil, "palace” yazırlar?! Bizim dilimiz zəngindir, istənilən fikri ifadə etmək üçün kifayət qədər söz ehtiyatımız var”.
Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun İcraçı direktoru Vüqar Səfərli bildirib ki, teleradio məkanında Azərbaycan ədəbi dili xeyli pozulur.
O qeyd edib ki, bu gün radiolara qulaq asmaq olmur: "Elə jarqonlar istifadə edirlər ki, bunların efirdə işlədilməsi düzgün deyil. KİVDF çap mediasında ədəbi dil ilə bağlı monotorinqlər aparılmasına dəstək olur və növbəti illərdə də bu layihələrr davam edəcək. Gələn həftə çap mediasında aparılan monitorinqlərin nəticələri açıqlanacaq".