“Die Welt”: “Putin Sinaydakı təyyarə qəzası haqda həqiqətən qaçır...”
Noyabr 10
18:59
2015
"Kreml də belə görünür şübhələnir ki, sərnişin təyyarəsi İŞİD hücumunun qurbanı olub. Ancaq Putin bunu şərh eləmir. O, əhalinin reaksiyasından qorxur?” Musavat.com-un məlumatına görə, bu barədə Oliver Bilqer "Die Welt” nəşrinin saytındakı "Putin Sinaydakı təyyarə qəzası haqda həqiqətən qaçır” məqaləsində yazır.
"Rusiya Misirə aviareysləri dayandırıb. Rusiyalıların əksəriyyəti və rusiyalı ekspertlər qəzanın səbəbi kimi daha çox terror aktını hesab edirlər. "Bu aydındır” – deyir siyasi texnoloq Qleb Pavlovski. "Əks halda uçuşlar niyə məhz Misirə qadağan edilib, tutaq ki, Suriyaya, İordaniyaya, İraq yox?” – sual edir o. Demək, terakt daha çox ehtimal olunur. Ola bilsin Qərb xüsusi xidmətləri Rusiya ilə yeni informasiya mübadiləsi edib” – yazır müəllif.
"Əgər Kreml etiraf eləsə ki, bu – terror aktıdır, o zaman o, Suriyadakı əməliyyatla bu faciə arasında əlaqə faktı qarşısında qalacaq. Terkat versiyası təsdiqlənsə, o halda Qərb ekspertlərinə görə, Putinin iki variantı olacaq: ya Suriyadan geri çəkilmək ya da bunun tam əksi – Yaxın Şərqdə hərbi mövcudluğu gücləndirmək, hətta Suriyaya quru qoşunları göndərmək. Lakin Putin çətin ki, öz strategiyasından imtina eləsin”, - deyə məqalədə qeyd olunur.



