SON XƏBƏR

Devlet Bahçeli : “1 noyabrdan sonra Türkiyə hökumətsiz qalmayacaq”

Oktyabr 26
12:18 2015
MHP Ankarada möhtəşəm mitinq keçirdi
 
"Bizim "xeyr” dediklərimizdə də xeyir vardır. Hər şey ortadadır. Hər kəs arxayın olsun 1 noyabrdan sonra Türkiyə hökumətsiz qalmayacaq”.
 
Bu sözləri Türkiyənin Milliyətçi Hərəkat Partiyasının lideri Devlet Bahçeli partiyanın Ankarada keçirilən mitinqində deyib. MHP sədri bildirib ki, 1 noyabr seçkisinin barış, sabitlik, təhlükəsizlik şərtləri altında demokratik yarış olacağına ümid edir: "Türkiyə zor durumdadır. Kürəyimizə bıçaq dirənib. Sabitliyimiz dar boğazda, daxili barış və qardaşlıq böhrandadır. Türrorizm Türkiyəni qana boyayıb ölümə sürükləməkdədir. Bölücülük yüksəlməkdədir. Türkiyə dalandadır. Türkiyə sıxıntı və problem yumağına dönüb.
 
Ölkənin dəyərləri, mirası, qutsalları AKP-nin hücumuna məruz qalıb, hökumətin siyasəti üzündən milli təhlükəsizlik divarları uçub, milli hiss və həssasiyyət aşındırılıb, milli kimlik və gələcəyimiz əsir alınıb. Ancaq milliyətçi-ülküçü hərəkatın varlığı hər kirli kampaniyanın parçalanmasına yetəcək. Türk milliyətçiləri varkən bombaçılar, sui-qəsdçilər, quldurlar qaçmağa dəlik arayacaq. MHP varkən Batının planlarına buyruq qulu olanlar rahatlıq tapmayacaqlar”.
 
Daha sonra Bahçeli kütləyə sullar ünvanlayıb: "Noyabrın 1-də bayrağa, vətənə, istiqbala sahib çıxacaqsınızmı, Terror baronlarına, terrorist himayəçilərinə, çözüm siyasətinə kəskin və həlledici zərbə vuracaqsınızmı, 1 noyabrda AKP-ni kənara çəkib MHP-ni seçəcəksinizmi, ölkənin gələcəyinə tərtəmiz vicdanla səs verəcəksinizmi?” Kütlədən "bəli” cavabı alan MHP lideri "bu "bəli”lər Türkiyənin qurtuluş xəbərçiləri, türk millətinin bağımsızlıq və var olma tərcihləridir” deyib.
 
AKP-nin siyasətini sərt tənqid edən Devlet Bahçeli sentyabrın 30-na qədər prezident Rəcəb Tayyib Ərdoğanın və baş nazir Ahmet Davutoğlunun İŞİD-ə teror hörgütü demədiyinə diqqət çəkib: "Türkiyənin önünə kim keçərsə, türk millətinin üfüqünü kim pərdələməyə çalışarsa, milliyətçi hərəkatın qəhri və əzmi ilə tanış olacaq. Terroru şərtsiz, bəhanəsiz bitirəcək, kökünü kəsəcək yeganə qüdrət milliyətçi hərəkatdır. Biz müzakirə etmirik, mücadiləni getdiyi yerə qədər davam etdiririk. Biz terrorçulardan insaf gözləməz, mərhəmət dilənməz, kiralıq qatillərə haqq etdiyi dərsi və cəzanı qorxusuzca verərik. Çünki biz Türkiyənin yılmaz bəkçiləri, miliyətçi hərəkatıq”.
 
Devlet Bahçeli 7 iyun seçkisindən sonra AKP-nin partiyanın koalisyon şərtlərinə xeyir deməsindən də danışıb. O, CHP-nin koalisiya danışıqları zamanı ideyalarını arxa plana atdığını da vurğulayıb:"Kılıçdaroğlu koalisyon danışıqları zamanı az qala AKP-nin ayaqlarına düşəcəkdi. AKP ilə CHP 32 dəfə görüşdü, 35 saat müzakirə apardı. Ancaq koalisyon qurulmadı. Çünki AKP-nin ilk başdan koalisyon qurmaq niyyəti yox idi. Onlar bizdən yalnız azlıq hökumətinə dəstək istəmişdilər, biz də buna "xeyr” dedik. Bizimlə son görüşdən 4 gün öncə AKP "erkən seçkilər tək ehtimaldır” açıqlamasını vermiş, Davutoğlu "Allah da, millət də erkən seçki istəyir” sözlərini demişdi”.
 
Devlet Bahçeli bildirib ki, 7 iyun seçkisindən sonra bütün partiyalar öz davranışları ilə Türkiyənin gələcəyi üçün nələr etməyə qadir olduqlarını ortaya qoyub:"Türk milləti kimin kim olduğunu görür. İnanıram ki, 1 noyabr seçkisində qərarı düzgün verərək, ölkənin gələcəyini dağıdanların deyil, quranların yanında olacaqsınız”.



Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook