"Dərviş" Bakıya gəlir
Oktyabr 20
16:30
2015
Moskvanın "Dərviş” Teatrı Azərbaycan Dövlət Akademik Milli Dram Teatrında çıxış edəcək.
Teatrın mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, "Dərviş” teatrı xalq şairi Bəxtiyar Vahabzadənin 90 illik yubileyi münasibətilə "Gülüstan” poeması əsasında hazırlanan eyniadlı tamaşanı təqdim edəcək.
Oktyabrın 21-də təqdim olunacaq səhnə əsərinin quruluşçu rejissoru "Dərviş” teatrının bədii rəhbəri, əməkdar artist Mərdan Feyzullayev, musiqi tərtibatçısı Pyotr Pavloviçdir.
Səhnə əsərində Şirzad Pirallahi, İrina Dmitriyevna və Meri Tateşvili çıxış edəcək.