SON XƏBƏR

Dərman vasitələri üzrə qiymətlər müəyyənləşdirildi

Yanvar 02
13:09 2025
Dərman vasitələrinin qiyməti tənzimlənib.

Qlobal.az xəbər verir ki, Tarif Şurası bu barədə qərar verib.

Qərarla yeni dövlət qeydiyyatına alınan 303 dərman vasitəsinin qiymətinin yuxarı həddi təsdiq edilib. Eyni zamanda, 4 dərman vasitəsinin qiyməti aşağı salınıb və etibarlı təchizatın təmin olunması məqsədilə 46 dərman vasitəsinin qiymətinin yuxarı həddində dəyişikliklər aparılıb.

Ticarət adı, farmasevtik forması, təsiredici maddəsinin adı, dozası, ticarət qablaşdırması, miqdarı, istehsal ölkəsi nəzərə alınmaqla, qiymətlərinin yuxarı həddi təsdiq edilmiş dərman vasitələrinin tam siyahısı Tarif (qiymət) Şurasının rəsmi internet saytının (www.tariff.gov.az) "Dərman vasitələri” bölməsində (http://tariff.gov.az/documents/DVA.pdf) yerləşdirilib.

Qərarlarla Tarif (qiymət) Şurasının rəsmi saytının (www.tariff.gov.az) "Şuranın qərarları” bölməsində tanış olmaq olar.

Qərar 2025-ci il 2 yanvar tarixindən qüvvəyə minir.



Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook