Dərbənddə Nizami Gəncəvinin heykəlinin barmaqlarını sındırdılar - FOTO
Sentyabr 21
16:37
2018
Dərbənd şəhərində dahi Azərbaycan şairi və mütəfəkkiri Nizami Gəncəvinin abidəsinə qarşı daha bir vandalizm aktı qeydə alınıb. Abidənin sağ əlinin bütün barmaqlarım sındırılıb. Cinayət sentyabrın 20-də baş verib, vandallar saxlanılmayıb.
Qlobal.az "Turan”a istinadən xəbər verir ki, bundan öncə ötən ilin noyabr ayında naməlum şəxslər abidənin baş barmağını sındırmışdılar, bundan əlavə, abidənin yaxınlığındakı küknar ağaclarını kökündən çıxararaq oğurlamışdılar.
2015-ci ilin yanvar ayının 8-də naməlum şəxslər şairin abidəsini yandırmağa cəhd etmiş, bundan sonra Dağıstanın keçmiş başçısı Ramazan Abdulatipovun göstərişi ilə onu bərpa edərək, ətrafındakı ərazi abadlaşdırılmışdı.
2013-cü ilin aprel ayında yenə də şairin adını daşıyan parkda ucaldılmış abidənin barmaqları sındırılmışdı. Heykəlin başqa yerlərinə də xəsarətlər yetirilmiş, cinayətkarlar bunun üçün dəmir çubuqlardan istifadə etmişdilər. Dərbəndli jurnalist Telman Tahirli məlumat vermişdi ki, Gəncəvinin abidəsi ilə eyni monumental ansamblı təşkil edən "Yeddi gözəl” kompleksindəki qadın fiqurlarının üzlərinə qırmızı rəng çəkilmişdi. O zaman Dərbəndin ağsaqqalları rayon rəhbərliyinə müraciət etmək istəsələr də, məmurlar onlara qulaq asmaq istəməmişdilər.
Nizami Gəncəvinin Dərbənddəki abidəsi onun adını daşıyan parkda 1992-ci ildə ucaldılıb. Nizaminin həmçinin Rusiyanın digər şəhərlərində - Moskvada, Sankt-Peterburqda, Çeboksarıda, başqa ölkələrin şəhərlərindən isə Daşkənddə, Kişinyovda, Pekində, Romada heykəlləri mövcuddur. Gəncəvinin abidəsinə qarşı vandalizm hallarına mütəmadi olaraq yalnız Dərbənddə rast gəlinir.

Qlobal.Az