SON XƏBƏR

Deputatlığa namizəd Jalə Əhmədova Qarabağ qaziləri və veteranları ilə görüşüb - FOTO

Yanvar 30
04:22 2020
Fevralın 9-da keçiriləcək VI çağırış Azərbaycan Respublikası Milli Məclisinə 59 saylı Salyan seçki dairəsindən deputatlığa namizəd Jalə Fərhad qızı Əhmədova təbliğat-təşviqat kampaniyası çərçivəsində seçicilərlə görüşlərini davam etdirir. 
 
Qlobal.az xəbər verir ki, Jalə Əhmədovanın növbəti görüşü Qarabağ müharibəsi veteranları və qaziləri ilə keçirilib.
 
Görüşdə Azərbaycan Respublikasının müstəqilliyi və ərazi bütövlüyü uğrunda vuruşan, xidmət edən vətən övladlarının hər birinin qəhrəman olduğunu söyləyən Jalə Əhmədova onların sosial vəziyyətlərinin daha da yaxşılaşdırılmasının dövlətin əsas prioritet istiqamətlərindən biri olduğunu bildirib.
 
Qarabağ qaizlərinin və veteranlarının daim Prezident İlham Əliyevin və Birinci vitse-prezident Mehriban xanım Əliyevanın xüsusi diqqətində olduğunu bildirən Jalə Əhmədova seçki platformasında qazi və veteranlarla bağlı tezislərin olduğunu qeyd edib.
 
Görüş səmimi atmosferdə davam edib.
 
Görüşdə iştirak edən Qarabağ qaziləri və veteranları Jalə Əhmədovaya dəstək olduqlarını bildiriblər.
 
Sonda xatirə şəkli çəkilib.
 

 

 

 

 

 




Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook