Deputatların koronavirus müayinələrinin nəticəsi açıqlandı
Mart 09
14:31
2020
Milli Məclisin deputatlarının koronavirus təhlükəsi ilə əlaqədar həkim müayinəsindən keçməsi tam yekunlaşıb.
Qlobal.az Trend-ə istinadla xəbər verir ki, bunu Milli Məclisin Mətbuat Xidmətinin rəhbəri Akif Təvəkküloğlu deyib.
O bildirib ki, müayinədən keçən 121 deputatın heç birində koronavirusun əlamətləri aşkarlanmayıb.
Qeyd edək ki, martın 5-də Konstitusiya Məhkəməsi Plenumunun xüsusi konstitusiya icraatı üzrə iclasında VI çağırış Milli Məclisə keçirilmiş seçkilərin nəticəsi təsdiqlənib.
Nəticələrə əsasən, 125 seçki dairəsinin 121-dən Milli Məclisə deputat seçilib.