SON XƏBƏR

Deputatlara daha bir güzəşt: şəxsi və xidməti maşınları saxlanılmayacaq

Aprel 07
16:52 2020
Milli Məclisin aprelin 9-da keçiriləcək iclasında "Azərbaycan Respublikası Milli Məclisi deputatının statusu haqqında” qanuna dəyişiklik ikinci oxunuşda yeni redaksiyada müzakirəyə çıxarılacaq. 

APA-nın məlumatına görə, Milli Məclisin Martın 30-da keçirilən plenar iclasında birinci oxunuşda qəbul edilən qanun layihəsinə əsasən, epidemiya əleyhinə rejimin, sanitariya-gigiyena və karantin rejimlərinin tətbiqi ilə əlaqədar məhdudlaşdırıcı tədbirlər yalnız deputata şamil edilməyəcəkdi.

Qanun layihəsinin yeni redaksiyasına əsasən, epidemiya əleyhinə rejimin, sanitariya-gigiyena və karantin rejimlərinin tətbiqi ilə əlaqədar məhdudlaşdırıcı tədbirlər deputatla bərabər, onun şəxsi və xidməti nəqliyyat vasitələrinə də şamil edilməyəcək.



Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook