SON XƏBƏR

Deputatlar YAŞAT Fondundakı problemdən danışdı

Aprel 11
12:08 2023
"YAŞAT Fonduna müraciət çoxdur və artıq kütləvi imtinalar edilir ki, bu da haqlı narazılıq yaradır. Səbəb YAŞAT Fondunda vəsaitlərin çox az olmasıdır".  
 
Qaynarinfo xəbər verir ki, bu barədə Milli Məclisin plenar iclasında deputat Razi Nurullayev bildirib.

"Hələ də həm İkinci, həm də Birinci Qarabağ müharibəsindən minlərlə müalicə istəyənlər var. Hər gün qapımızı onlarla qazi və onların valideynləri döyür. Təklif edirəm ki, Neft Fondundan hər il birdəfəlik vəsait YAŞAT Fonduna köçürülsün. İmkanlı şəxslərə də müraciət edirəm ki, Fonda vəsait köçürməkdə davam etsinlər", deyə millət vəkili qeyd edib.
 
Deputat həmçinin qazilərin iş yerləri ilə təminatında çox ciddi problemlər mövcud olduğunu qeyd edib:
 
"Sual olunur ki, onlar necə dolansın və dərmanlarını hansı pulla alsın? Təklif edirəm ki, bu cür şəxslərin siyahısı müəyyən edilsin və üç il müddətinə 600-800 manat arası vəsait ödənilsin. Doğurdan da taleyin ümidinə atılmış xeyli müharibə iştirakçısı var". 

Deputat Qənirə Paşayeva da YAŞAT Fondundakı problemlərdən danışıb:

"YAŞAT Fondunda maliyyə azlığından qazilərin müraciətinə müsbət cavab verə bilmirik. Təklif edirəm ki, bu ay aylıq məvacibimizin bir hissəsini Fonda bağışlayaq. Eyni zamanda hər kəsə müraciət edirəm ki, YAŞAT Fonduna maddi yardım göstərsinlər".


Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook