Deputatın şirkəti unun kiloqramının qiymətini 1 qəpik endirdi
Aprel 10
19:04
2019
Azərbaycanda unun topdansatış qiyməti aşağı salınıb.
Bu barədə "Karat Holdinq” MMC-nin mətbuat xidmətindən məlumat verilib.
Qeyd olunur ki, idxal buğdasının alış qiymətində son günlərdə baş vermiş enmələr istehsal olunan unun maya dəyərinin aşağı düşməsinə imkan yaradıb. Ona görə də əsas tələbat məhsullarından olan un istehsalı və satışını həyata keçirən "Karat Holdinq” indiyədək topdansatış qiyməti 25,95 manat olan 1 kisə 50 kq-lıq "Karmen” ununun topdansatış qiymətini bu gündən 25,45 manat müəyyənləşdirib.
Qlobal.az



