Deputatın şəhid ailəsinə duş geli göndərilməsi skandal yaratdı
Noyabr 19
12:06
2020
Milli Məclisin deputatı Anatoliy Rafailovun şəhid Aqil Məlikovun evinə göndərdiyi sovqat sosial şəbəkələrdə etirazlara səbəb olub.
Yayılan məlumatda bildirilir ki, deputat şəhid ailəsinə sovqat olaraq duş geli, şampun, müxtəlif adda ətir nümunələri və bu kimi digər mallar göndərilib. Məlumatda həmçinin qeyd olunur ki, şəhid ailəsi bağlamanı bir dəfə geri qaytarıb, amma həmin sovqat yenidən şəhid ailəsinə təqdim olunub.
Məsələni dəqiqləşdirmək üçün deputatın köməkçisi ilə əlaqə saxladıq. Deputat Anatoliy Rafailovun köməkçisi Məhsəti Əliyeva Cebhe.info-ya açıqlamasında məsələyə aydınlıq gətirib və yanlış anlaşma olduğunu deyib:
"Əslində iki sovqat göndərilib. Onların birində düyü, çay, yağ, xurma və s. qida məhsulları göndərilib. Birində isə gel, duş və s. belə təmizlik vasitələri olub. Bunları isə əslində Anatoliy Rafailov göndərməyib. İmkanlı şəxslərdən biri deyib ki, mən şəhid ailələrinə yardım edirəm, sovqat göndərirəm. Sizin imkanınız yoxdur, biz sizinkilərə də göndərək. Anatoliy Rafailov da buna razılıq verdi. Biz Bakıdayıq, Qubaya getmək imkanımız yoxdur. Çünki karonavirusa görə Quba bağlıdır. Həmin şəxslər isə sovqatı aparıb Quba rayon İcra Hakimiyyətinə verib. Orada isə bağlamalar açılmayıb. Çünki bağlamalar açılanda insanlar deyir ki, içindən nəsə götürüblər. Sovqatlar isə şəhid ailəsinə 13 noyabrda, hər ikisi eyni vaxtda təqdim olunub. Amma bunları yazmırlar, kimlərsə nədənsə istifadə edib təxribat törətməyə çalışırlar. Şəhid ailələri ilə bağlı neqativ məsələlər təbii ki, qıcıq yaradır. Amma bu sovqatlar pis fikirlə göndərilməyib. Yəni bu sovqatlar yardım məqsədi ilə göndərilib, heç kimin xətrinə dəymək məqsədi olmayıb, ola da bilməz”.