Deputatın oxuduğu ali məktəbin diplomu hazırda tanınmır - Rəsmi
Avqust 06
18:11
2021
Gürcüstan Respublikasının Laqodexi Elmi-Tədris İnstitutunun diplomu Azərbaycan Təhsil Nazirliyi tərəfindən vaxtilə tanınıb.
Nazirlikdən qeyd edilib ki, Laqodexi Elmi-Tədris İnstitutunun 1992-2005-ci illər ərzində akkreditasiyası olub.
Qeyd edək ki, yerli media deputat Vüqar İsgəndərovun ilk təhsil aldığı məkanın o qədər də tanınmayan ali məktəb olduğunu, diplomunun isə hazırda tanınmadığını qeyd edib.
Deputat Vüqar İsgəndərovun tərcümeyi-halında onun 1996-cı ildə Gürcüstan Respublikası Laqodexi Elmi Tədris İnstitutunun Hüquq fakültəsinə daxil olduğu və qiyabi təhsillə 2001-ci ildə həmin institutu hüquqşünas ixtisası üzrə bitirdiyi göstərilib.
Beləliklə, onun təhsil aldığı dövrdə sözügedən ali məktəbin diplomu Azərbaycan Təhsil Nazirliyi tərəfindən tanınırmış, hazırda isə doğrudan da tanınmır.
Qlobal.az



