Deputatın oğlu ABŞ-da "Masallı" adında şirkət açdı
May 10
05:29
2022
70 saylı Masallı şəhər seçki dairəsindən deputat seçilən Məşhur Məmmədovun ABŞ-da yaşayan oğlu Məmməd Şahbazov "Masalli Enterprise LLC” adlı şirkət təsis edib.
"Masalli Enterprise LLC” aprel ayının 20-də Nyu-Cersi ştatının Gəlirlər İdarəsi tərəfindən qeydı alınıb.
Şirkətin hüquqi ünvanı Məşhur Məmmədovun ailə üzvlərinin Nyu-York şəhərində yaşadıqları "335 Riverdale Dr Fort Lee, NJ 07024-4441” ünvanında yerləşir.
Məşhur Məmmədovun 1994-cü il təvəllüdlü oğlu Məmməd Şahbazov 2013-2017-ci illərdə ABŞ-ın Konnektikut Universitetində bakalavr, 2017-2019-cu illərdə isə Nyu-York Universitetində magistr təhsili alıb.
Məmməd Şahbazov hazırda Nyu-Yorkda fəaliyyət göstərən "Reynolds Asset Management” adlı daşınmaz əmlak şirkətində çalışır.
Məşhur Məmmədov 2002–2009-cu illərdə "Embawood” MMC-nin direktoru, 2009–2011-ci illərdə "Embawood İnşaat” MMC-nin direktoru, 2011–2014-cü illərdə "Embawood” MMC-nin baş direktorunun birinci müavini, 2014–2020-ci illərdə "Progress Construction” MMC-nin direktoru vəzifələrində çalışıb.
Hazırda Azərbaycan Mebel İstehsalçıları Assosiasiyasının sədridir.(mənbə: olke.az)
Qlobal.az