DEPUTATIN 20 MİLYONLUQ ƏMLAKI ƏLİNDƏN ÇIXDI - Borc əvəzinə təhvil verib + FOTO
Yanvar 10
15:52
2025
VII çağırış Milli Məclisin deputatı seçilən Əlibala Məhərrəmzadə Qubadakı məşhur "Şahdağ Turuskavets” Sanatoriyasını borc əvəzinə təhvil verib.
Xatırladaq ki, hələ parlament seçkilərindən öncə sayt Əlibala Məhərrəmzadəni külli miqdarda borc içində olduğunu yazmışdı.
Yeni məlumata görə, borc problemini həll edə bilməyən deputat sonda məşhur obyektini təhvil verməli olub. Həmin obyektin 20 milyon manat dəyərində olduğu bildirilir.
Məsələ ilə bağlı Əlibala Məhərrəmzadənin özünün mövqeyini öyrənmək mümkün olmayıb.
"AzPolitika” xəbər verir ki, bu barədə "gununsesi.info"-ya iş adamına yaxın mənbələr bildirib.