Deputatdan şok iddia: "Vahid Əhmədov qoluna 100 min dollarlıq saat taxır"

Aprel 27
08:14
2023
"100.000 dollarlıq saat taxıb, 250.000 avroluq maşında gəzib-dolaşır”.

Xatırladaq ki, Vahid Əhmədovun blogerlərdən birinə müsahibəsi Milli Məclisin rəhbərliyinin və üzvlərinin qəzəbinə səbəb olub. V.Əhmədov həmin müsahibəsində bir sıra tənqidi fikirlər söyləyib, eyni zamanda parlamentin bir çox üzvlərinin qanuna zidd olaraq bizneslə məşğul olduqlarını deyib. Milli Məclisin son iclasında V.Əhmədova hücumlar olub.
E.Əliyev həmkarı haqda yazır: "Dahi Nils Bor deyirdi ki, iki cür həqiqət var: Şit (bayağı) həqiqət və böyük həqiqət. Şit həqiqətin əksi əlbəttə ki, yalandır. Böyük həqiqətin əksi isə yenə həqiqətdir.
"AzPolitika.info” xəbər verir ki, bunu deputat Etibar Əliyev "feysbuk”da həmkarı Vahid Əhmədovun tənqidinə həsr etdiyi statusunda yazıb.

Xatırladaq ki, Vahid Əhmədovun blogerlərdən birinə müsahibəsi Milli Məclisin rəhbərliyinin və üzvlərinin qəzəbinə səbəb olub. V.Əhmədov həmin müsahibəsində bir sıra tənqidi fikirlər söyləyib, eyni zamanda parlamentin bir çox üzvlərinin qanuna zidd olaraq bizneslə məşğul olduqlarını deyib. Milli Məclisin son iclasında V.Əhmədova hücumlar olub.
E.Əliyev həmkarı haqda yazır: "Dahi Nils Bor deyirdi ki, iki cür həqiqət var: Şit (bayağı) həqiqət və böyük həqiqət. Şit həqiqətin əksi əlbəttə ki, yalandır. Böyük həqiqətin əksi isə yenə həqiqətdir.
Vahid Əhmədov haqqında formalaşan qaragüruhçuluq şit həqiqətə xidmət edir. Bu adamı Azərbaycan parlamentinin və ictimai həyatın qəhrəmanına çeviriblər. Mən bu adamı parlamentdə tanımışam. Cəmi 5-6 çıxışı olub bu çağırışda. Özü də nə vaxt: Nazirlər Kabinetinin və Hesablama Palatasının hesabatında... Adam parlamentdən ayağını çölə atan kimi deyir ki, bahalaşma var, uşaq pulu verilməlidir və s. Və kütlə üçün qəhrəmana çevrilir. Adam (Vahid Əhmədov) 100.000 dollarlıq saat taxır, 250.000 Avroluq maşında gəzib-dolaşır. Şəhid ailəsinin banka borcunu dövlətə ödətdirir, qəhrəman olur. Vicdanı demir ki, mən milyonlara manat pulu dövlətin hesabına qazanmışam və pulun 10.000 manatını, sizin borcunuzu bağlamağa sərf edəcəm. Danışıqları şəxsi mənafeyinin qorunmasına xidmət edir. Amma qəhrəmandır. Bunun bircə adı var: Vahid Əhmədov çağımızın ən böyük avantüristidir....”
Qlobal.Az