SON XƏBƏR

Deputatdan "poz,qazan" açıqlaması: "Bəzi vətəndaşlar ciddi məbləğdə vəsait qazanırlar"

Aprel 15
11:40 2022
"Doğrudur ki, Azərbaycanda "Poz,qazan", "Topaz" kimi lotoreya oyunları ciddi təbliğ edilir. Nəzərə almaq lazımdır ki, belə oyunlar təkcə Azərbaycanda deyil, bütün dünya ölkələrində geniş yayılmış praktikadır. Azərbaycan da dünyadan təcrid edilməyib. Əsas odur ki, insanları belə oyunları oynamağa heç kim məcbur etmir".

Bunu Pravda.az-a açıqlamasında Milli Məclisin deputatı Kamilə Əliyeva deyib.

Deputat qeyd edib ki, həmin oyunlar ölkədə qanuniləşdiyi üçün onlara etibar çoxdur: "Sirr deyil ki, bəzi vətəndaşlar belə oyunlardan ciddi məbləğdə vəsait qazanırlar. Yəni, bir qrup insan bəzi tələbatlarını ödəmək üçün latoreya oyunlarından yararlanır. Şans oyunları adından da göründüyü üçün insanların bəxtini sınaması üçündür. Həmin bəxt oyunları qanuni şəkildə keçirildiyi üçün mən onların şəffaflığına inanır və heç bir qəbahət görmürəm. Hesab etmirəm ki, belə oyunlar gənclərin tərbiyəsinə mənfi təsir göstərə bilər. Bu, mənim subyektiv fikrimdir".



Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook