Deputatdan malikanəsinin qonşuluğundakı məscidə azan qadağası- VİDEO
Avqust 11
14:40
2016
Sosial şəbəkələrdə Milli Məclisin deputatı Tahir Süleymanova məxsus olduğu iddia olunan milyonlarla dəyəri olan malikanənin videosu yayılıb. Videoda daha sonra iddia olunur ki, millət vəkili Tahir Süleymanov malikanəsinin qonşuluğunda yerləşən Şabran məscidinin axunduna səhərlər məsciddə azan səsləndirməyi qadağan edib.
Qeyd edək ki, videonun müəllifi blogger Mehman Hüseynovdur.
Xatırladaq ki, Tahir Süleymanov Milli Məclisə 54 saylı Şabran- Siyəzən seçki dairəsindən deputat seçilib.
Qlobal.az