SON XƏBƏR

Deputat: “Ya bizim səsimiz az çıxır, ya da səsimizi boğmağa çalışanlar var”

Oktyabr 12
17:13 2020
"Qəbul olunmuş atəşkəslə bağlı bəyanatın 4 bəndinin hamısını pozmaqdadırlar. Buna görə müvafiq qərarın qəbul olunması gözləniləndir”.

Bunu Qaynarinfo-ya açıqlamasında Milli Məclisin deputatı, hərbi ekspert Arzu Nağıyev Ermənistanın açıq-açığına Azərbaycana, onun mülkü əhalisinə hücumlarını şərh edərkən deyib. Deputatın sözlərinə görə, ermənilərin cavabı birmənalı şəkildə veriləcək:

"Onların traektoriyaları, raketlərin hardan atıldığı da məlumdur. Düşünürəm ki, ATƏT-in Minsk Qrupunun həmsədləri, dövlətlərin səfirləri Gəncədə keçirilən monitorinqən sonra belə bir qərarın verilməsi üçün müvafiq addımlar atmaq olar. Ermənilər fikirləşir ki, Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının üzvüdurlər. Məhz buna görə də müəyyən qədər özlərini sığortaya bilərlər. Düşünürəm ki, bu alınmayacaq”.

Arzu Nağıyev qeyd edib ki, Gəncə hadisələrini dünyaya çatdırmaq üçün Azərbaycan əlindən gələni edir:
 
"Düşünürəm ki, dünya bu gün sosial şəbəkələrlə işləyir. Sosial şəbəkələr vasitəsi ilə müəyyən qruplar yaranıb. Dövlət qəzetində də bu məsələyə nəzarət olunur. Bilirsiniz, birada iki məqam var, ya bizim səsimiz az çıxır, ya da səsimizi boğmağa çalışanlar var”.


Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook