SON XƏBƏR

Deputat “Xalq Sığorta”ya uduzdu

Fevral 10
16:56 2016
İqbal Məmmədov evinə dolan tüstüyə görə kompensasiya istəyirmiş
 
Bakı Apellyasiya Məhkəməsində deputat İqbal Məmmədov və digərlərinin "Xalq Sığorta” şirkətinə qarşı apellyasiya şikayəti üzrə məhkəmə başa çatıb. Hakim Vüqar Həsənovun sədrliyi ilə keçirilən prosesdə qərar elan olunub.
 
Qərara əsasən, birinci instansiya məhkəməsinin çıxardığı qətnamə dəyişdirilmədən saxlanılıb. İqbal Məmmədovun apellyasiya şikayəti təmin edilməyib.
 
Qeyd edək ki, İqbal Məmmədov və digərləri "Xalq Sığorta” şirkətini məhkəməyə verib. Yasamal Rayon Məhkəməsinə müraciət edən İqbal Məmmədov sığorta ödənişinin verilməsi barədə tələb irəli sürüb. Amma məhkəmə iddianı qismən təmin edib. Qərardan narazı qalan İqbal Məmmədov və qeyriləri apellyasiya şikayəti ilə Bakı Apellyasiya Məhkəməsinə müraciət edib.
 
Yanan evin tüstüsü millət vəkilini ziyana salıb
 
"Xalq Sığorta” şirkətindən fins.az-a verilən məlumata görə, məhkəmə mübahisəsi millət vəkilinin evinə dəyən ziyanla bağlı olub. Belə ki, "Sahil Metrostansiyası”nın yaxınlığında yanğın baş verib.İqbal Məmmədov əvvəlcə evini könüllü qaydada "Xalq Sığorta” şirkətində sığortalayıb. Aşağı mərtəbədə yanan evin tüstüsü yuxarı mərtəbədə yaşayan millət vəkilinin evinə 7 min manata kimi ziyan vurub.
 
"Xalq Sığorta”: "Ev əşyalarını sığortalamayıb, ödəniş istəyir”
 
Sığorta şirkəti evə dəyən ziyanı təmin etməyə razılaşsa da, millət vəkili evdəki əmlaka dəyən ziyanın ödənilməsini də tələb edib. Məsələn, sığorta şirkətinin tüstünün zərər vurduğu ev əşyalarına, geyim və xəzlərə dəyən ziyanın qarşılanması da istəyir.Xalq Sığorta” şirkətindən bildirilib ki, bu əşyalar sığortalanmadığı üçün sığorta ödənişi verilə bilməz.Bakı Apellyasiya Məhkəməsi də bununla bağlı İqbal Məmmədovun apellyasiya şikayəti təmin edilməyib. Fins.az məsələ ilə bağlı İqbal Məmmədovla əlaqə saxlamağa çalışsa da, amma bu mümkün olmayıb. Xatırladaq ki, İqbal Məmmədov 2015-ci ilin noyabrında V çağırış Milli Məclisə keçirilən seçkilərdə 78 saylı Lerik seçki dairəsindən deputat seçilib.
 
(Report)



Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook