SON XƏBƏR

Deputat: "Qazaxıstan Rusiyaya birləşdirilməlidir"

Yanvar 08
01:31 2022
Rusiya Federasiyası Dövlət Dumasının «Vahid Rusiya» partiyasından olan deputatı Sultan Həmzəyev internet-şərhçilərin fikrini dəstəkləyib.
 
Şərhçilər referendum keçirilməsini və guya Qazaxıstan Respublikasının Rusiyanın tərkibinə birləşdirilməsini təklif edirlər.
 


«Mərkəzi Asiya - bu, rus torpağıdır! Şəbəkələrdə Qazaxıstanın Rusiyaya mümkün birləşdirilməsi müzakirə olunur. Şəxsən mənim mövqeyim, Rusiya Federasiyasının vətəndaşı kimi, siyasətdən və vəzifədən asılı olmayaraq, referendum keçirilməsini və Qazaxıstanın tarixi vətənlə - Rusiya ilə birləşməsini dəstəkləyirəm. Qeyd edirəm ki, Qazaxıstan Prezidenti Qasım-Comərd Tokayev özünün bütün bəyanatlarını rus dilində verir. Hesab edirəm ki, bu, əsl demokratiyanın yaxşı təcəssümü olacaq» - Həmzəyev Feysbukda yazıb.

O, həm də Qazaxıstana KTMT-nın sülhməramlı qüvvələrinin yeridilməsini dəstəkləyib.

Həmzəyev hesab edir ki, proseslərin təşəbbüsü Qərb ölkələrindən gəlir. "Qazaxıstan hakimiyyəti bütün güzəştlərə getdi. Qazın qiymətini aşağı saldı, hökuməti istefaya göndərdi. Amma hər şey adi vandalizmlə və quldurluqla başa çatdı! Etirazların məqsədinin özü - qazın qiyməti deyildi. Çevriliş - bax, Qərb nəyə nail oldu. Xalqı səs-küylü şüarlar altında aldadaraq, küçələrə çıxartdılar…"

AzPolitika.info



Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook