SON XƏBƏR

Deputat qardaşının villasında qətl

Noyabr 04
14:25 2021
Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının rəhbəri, deputat Səttar Möhbalıyevin qardaşının bağ evində qətl törədilib.

"Kriminalqafqaz”ın əldə etdiyi özəl məlumata görə, hadisə ləğv edilmiş Milli Təhlükəsizlik Nazirliyinin Binəqədi rayon şöbəsinin sabiq rəisi, polkovnik Faiq Möhbalıyevin Novxanı qəsəbəsində yerləşən bağ evində baş verib.

F.Möhbalıyev 2018-ci il mart ayında vəfat etdiyindən həmin ev hazırda onun oğlu Suliddin Möhbalıyevin adınadır. Suliddin Möhbalıyev babasının adını daşıyır.

Qətl hadisəsi isə sentyabrın 29-u gecə saatlarında baş verib. Hələlik adı istintaqla rəsmi təsdiqlənməyən şəxs Suliddin Möhbalıyevin villasına oğurluğa girib. Həmin zaman gözətçi Ramin Əlixanov külünglə onu başından vuraraq öldürüb. Daha sonra meyiti qonşunun yaşayış olmayan evinin həyətində basdırıb.

Cinayətin üstü açıldıqdan sonra R.Əlixanov həbs edilib.

Qeyd edək ki, Səttar Möhbalıyev Prezident Administrasiyasının sabiq şöbə müdiri Əli Həsənovla qudadır. Həsənovun kürəkəni İsfəndiyar Möhbalıyev isə uzun illər paytaxtın Yasamal, Xəzər və Qaradağ rayon Polis İdarələrinin rəisi olub. Daha sonra öz ərizəsi ilə polis orqanlarında xidmətdən xaric edilib. İsfəndiyar Möhbalıyevin artıq xaricdə yaşadığı bildirilir.
 
Qlobal.az



Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook