Deputat: Koronavirus pandemiyası dövlətimizin qarşısında əlacsız qalıb
Aprel 30
19:04
2020
Koronavirus pandemiyası sabit və dayanıqlı iqtisadiyyatı olan dövlətimizin qarşısında əlacsız qalıb.
Qlobal.az Trend-ə istinadən bildirir ki, bunu Milli Məclisin deputatı Pərvin Kərimzadə deyib. Deputatla müsahibəni təqdim edirik:
- Pərvin xanım, planetimizə qara kabus kimi çökən gözəgörünməz təhlükəli virusun ölkəmizdə yayılmasının qarşısının alınması üçün həyata keçirilən tədbirlərlə bağlı fikirlərinizi bilmək istərdik.
- Sərhəd tanımayan virus dünyanın 170- dən çox ölkəsinə ayaq açıb, bir milyondan çox insanın sağlamlığını təhlükə ilə üz-üzə qoyub. Dünyanın nəhəng dövlətləri gözlə görə bilmədiyimiz düşmənlə mübarizədə böyük itkilər verib, koronavirusun nə qədər təhlükəli olduğu acı reallığın nümunəsi olublar. ABŞ, Almaniya, Fransa, Çin, İspaniya, İran kimi dövlətlərlə müqayisə etdikdə ölkəmizdə fəsadlarının çox aşağı səviyyədə olduğunu da müşahidə edirik. Hazırda dünyada baş verən hadisələri təhlil etdikdə, bir daha Azərbaycan kimi ölkədə yaşamağımızdan qürur duyuruq. Fəxr edirik ki, ilk gündən vəziyyəti nəzarətə götürən, qətiyyətli iradəsi, təşəbbüskarlığı ilə koronavirusun ölkəmizdə sürətlə yayılmasının qarşısı almağı bacaran dövlət Başçımız var.
Koronavirusa qarşı mübarizə tədbirlərinə başlanıldığı ilk gündən Prezidentimiz İlham Əliyev ölkə vətəndaşların sağlamlığının qorunmasını, koronavirus infeksiyasına qarşı mübarizənin gücləndirilməsini bir nömrəli vəzifə kimi qarşıya qoyuldu, bütün diqqəti bu sahəyə yönəltdi. Əhalinin sağlamlığının qorunması və ilə bağlı tədbirlər haqqında Fərman imzalandı, Nazirlər Kabineti yanında Operativ Qərargah fəaliyyətə başladı, zəruri tibbi avadanlıqlar alındı, koronavirusa yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar müasir tibb müəssisələri ayrıldı, karantin zonaları yaradıldı. Ölkə Başçımızın, Birinci vitse-prezidentimizin bir illik əmək haqlarını, ardınca bir çox qurumların, özəl şirkətlərin və ayrı-ayrı şəxslərin koronavirus infeksiyasına qarşı preventiv addımların atılması üçün yaradılan Koronavirusla Mübarizəyə Dəstək Fonduna ianələr bağışlaması dövlətin və xalqın həmrəyliyini, birliyinin daha bir bariz göstəricisi oldu. Eyni zamanda Prezident İlham Əliyevin və Mehriban xanım Əliyevanın dünyanı cənginə alan virusun ölkəmizdə yayılmasının qarşısının alınması sahəsində vaxtında həssas münasibət göstərmələri, ölkə vətəndaşlarına müraciətləri xalqın pandemiya ilə mübarizəyə səfərbəyliyi üçün böyük stimul oldu.
-Belə çətin və mürəkkəb anlarda ölkəmizin iqtisadi və sosial gücünün dünya enerji və səhm bazarlarında baş verən kəskin dalğalanmalara müqaviməti bir daha aydın şəkildə özünü göstərdi.
-Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin sədrliyi ilə 2020-ci ilin birinci rübünün sosial-iqtisadi yekunlarına həsr olunan videokonfrans şəklində keçirilən müşavirə cari ildə əldə olunan iqtisadi, sosial, siyasi uğurların, bütün istiqamətlər üzrə vəzifələrin, gələcəkdə həyata keçiriləcək proqramların, islahatların, eyni zamanda koronavirusla bağlı mövcud vəziyyətin hesabatı oldu.
Ölkə həyatının bütün istiqamətlərinə diqqət çəkən dövlət Başçısının karonavirus pandemiyasının geniş yayılmasının qarşısının alınması və pandemiyanın təsir göstərdiyi sahələrdə inkişaf dinamikasının qorunub saxlanılmasının vacibliyini xüsusi ilə vurğulaması, müəyyənləşdirdiyi hədəflər, qarşıda duran vəzifələrin həyata keçirilməsi ilə bağlı mühüm ismarıcları bu gün pandemiya təşvişi ilə yaşayan hər kəsə böyük stimul oldu.
Xüsusi karantin rejimi ilə əlaqədar iş yerlərinin azaldılmaması, müvəqqəti işsiz qalan insanlara maddi yardımların göstərilməsi, 12 min ailənin özünəməşğulluq proqramına cəlb edilməsi, DOST İş Mərkəzləri vasitəsi ilə 90 min ödənişli ictimai iş yerlərinin yaradılması isə koronavirus pandemiyası ilə mübarizədə dövlətimizin böhranlı vəziyyətlərə yüksək hazırlıqlı olmasından xəbər verdi.
Pandemiyanın fəsadlarından qorumaq üçün yeni dəstək proqramının həyata keçirilməsi, 2,5 milyon vətəndaşı əhatə edən məşğulluq və sosial rifah istiqamətinə 600 milyon vəsaitin ayrılması ölkə vətəndaşlarının sosial müdafiəsinin gücləndirilməsi istiqamətində həyata keçirilən addımların davamı oldu.
- Radikal müxalifət Azərbaycanda koronavirusun geniş yayılmasının qarşısının alınması istiqamətində həyata keçirilən sistemli tədbirlərə kölgə salmağa çalışır.
-Təəssüflər olsun ki, indiki məqamda bütün xalqı koronovirus infeksiyası ilə mübarizəyə qalxdığı zamanda xarici havadarlarının arxasında gizlənən "Beşinci kolon" adlanan qüvvələr çirkin niyyətlərindən əl çəkmirlər. BMT Baş Katibinin, ÜST-ün İcraçı Direktorunun, digər beynəlxalq qurumların Azərbaycanda koronovirusla mübarizə işində dövlətin gördüyü işlərə yüksək qiymət verdikləri halda müxalifətin marginallaşan hissəsi yenə də öz ampluasındadır. Belə bir vaxtda da xaricdəki anti-Azərbaycan qüvvələr, yerlərdəki trollar öz pozuculuq fəaliyyətləri ilə ölkəmizdə pandemiyaya qarşı aparılan tədbirlərə kölgə salmağa çalışır, məkirli planlarını reallaşdırmağa cəhd edirlər.
Lakin unudurlar ki, ölkə Başçısının dediyi kimi "Biz birlikdə güclüyük". Bu gün hər kəs əmindir ki, tarixi sınaqlardan şərəflə, üzüağ çıxmış birliyimiz sayəsində xalqımız koronavirus pandemiyası ilə mübarizədən minimum itki ilə çıxacaq. Çünki, Azərbaycan xalqının birliyi bütün viruslardan, şər qüvvələrdən, anti-Azərbaycan qüvvələrdən, güclüdür.
- Ölkəmiz karonavirus bəlasının fəsadlarından az itki ilə çıxmağı bacaracaqmı?
- Dünyanın bütün ölkələrində koronavirusla bağlı problemlər yaşanır. Azərbaycan da dünyanın bir parçasıdır. Ancaq deyə bilərəm ki, qabaqlayıcı tədbirlər və düşünülmüş siyasət nəticəsində biz vəziyyəti nəzarət altında saxlayırıq. Hesab edirəm ki, bu günə qədər atılmış bütün addımlar düzgün istiqamətdə atılmış addımlardır. Məhz bu addımların atılması nəticəsində Azərbaycanda vəziyyət nəzarət altındadır.
Azərbaycan xalqı yaxşı bilir ki, hər zaman xoş gündə də, dar gündə də onların yanında olan dövlət rəhbərləri var. Ölkəmizin daxili və xarici siyasətində əldə edilən uğurlar, iqtisadi tərəqqi, əhalinin sosial müdafiəsinin gücləndirilməsinə yönəlmiş operativ tədbirlər, minimum əməkhaqqının, əmək pensiyalarının, bir sıra sosial müavinətlərin artırılması deməyə əsas verir ki, belə çətin vaxtda da Prezident İlham Əliyevin müdrik rəhbərliyi ilə xalqımız karonavirus bəlasının fəsadlarından az itki ilə çıxmağı bacaracaq. Pandemiya dövründə islahatlar prosesinin genişləndirilməsi, biznesin qorunması, kiçik və orta sahibkarlara maliyyə yardımının edilməsi, eyni zamanda iş yerlərinin saxlanılması üçün dövlətin dəstəyinin göstərilməsi, aztəminatlı ailələrin sosial müdafiəsi tədbirləri, mərhələli şəkildə imzalanan müvafiq fərman və sərəncamlar cəmiyyətin bütün təbəqəsinin sosial vəziyyətinin, maddi rifah halının, güzəranının yaxşılaşmasına xidmət edib.
Koronavirus pandemiyasının tüğyan etdiyi çətin bir vaxtda Prezident İlham Əliyevin sədrliyi ilə 2020-ci ilin birinci rübünün sosial-iqtisadi yekunlarına aid videokonfrans şəklində müşavirənin keçirilməsi, bütün istiqamətlər üzrə ölkədəki vəziyyətin hesabatı göstərdi ki, koronavirus pandemiyası sabit və dayanıqlı iqtisadiyyatı olan dövlətin qarşısında əlacsız qalır.