Deputat Elmira Axundova yayılan səs yazısından danışdı - VİDEO
İyul 30
15:21
2018
Sosial şəbəkələrdə Milli Məclisin deputatı Elmira Axundova ilə sahibkar Fərman Məmmədov arasında olan telefon söhbətinin sensasiyalı audioyazısı yayılıb. Audioyazıda söhbət deputatın Fərman Məmmədovdan borc aldığı böyük məbləğdə puldan gedir. Və Elmira Axundova hər dəfə həmin məbləği tapana qədər "daha 2-3 ay gözləməyi" xahiş edir.
Bundan başqa, Elmira Axundova öz həmsöhbətini inandırır ki, borcu hissə-hissə, yəni 5 min-5 min qaytarıb xırdaçılıq etmək istəmir, çalışır ki, onu birdəfəyə bağlasın. Deputat söz verir ki, tezliklə onlar oğlu ilə birlikdə torpaq sahələrini satacaq və hansısa Mehmandan pul alacaqlar. Elmira Axundova günahkarcasına özünə bəraət qazandırır ki, onun işləri pis gedir və yeni müdafiə nazirinin təyinatından sonra (görünür, audioyazı köhnədir – red.) o, Müdafiə Nazirliyindən daha 60-100 min manatı ala bilmir. Əvvəl o bu pulu hansısa Cabir vasitəsilə alırmış...
Elmira Axundova yayılmış səs yazısı ilə bağlı REAL-a müsahibə verib. O, Fərman Məmmədovu cinayət törətməkdə günahlandırıb.

Qlobal.Az