SON XƏBƏR

Deputat: “Dəmir yumruq” Heydər Əliyevə aid müharibə simvoludur

İyun 14
11:01 2024
"İndi ölkəmizə qələbə gətirən "Dəmir yumruq” əslində Heydər Əliyevə aid müharibə simvoludur. Ordusu Horadiz əməliyyatı, silahsız etnik separatizmin məhvi, büdcəsiz qlobal neft savaşının udulması və nəhayət, bu parlament binasında oynanılan antixalq tamaşalarının durdurulması həmin "dəmir iradə”nin nəticəsiydi"

Qaynarinfo xəbər verir ki, bunu Milli Məclisin bu gün keçirilən plenar iclasında parlamentin İnsan hüquqları komitəsinin sədri, deputat Zahid Oruc deyib. 

O bildiirb ki, üç gün əvvəl öz xalqının məfkurəsində çevriliş edən Nikol Paşinyanın Ermənistanı özü boyda Patriarxata döndərmək istəyənlərə üzünü tutaraq, "Lissabon sammitindən sonra erməni rəhbərlər məğlub oldular və yalan danışdılar, 2018-ci ildə bunları biləndə gərək Qarabağı Azərbaycanın tərkibində tanıyaydım” deməsi Ulu Öndərin ruhunun təntənəsiydi.

"Uzun illər Əliyevin kölgəsini qılınclayanlar, indi gedib Böyük liderdən əfv diləsinlər. Ona qalib gələ bilməyənlər, son 4 ildə də İlham Əliyevə məğlub oldular. Bəli, qayıdış əbədi prosesdir. 2022-ci ilin 19 iyulunda Ağalıya, 2023-cü ilin 17 oktyabrında Füzuliyə, 2024-cü ilin 10 mayında müqəddəs Şuşaya və nəhayət, 28 mayda qan yaddaşımız Xocalıya dönüş də Milli Qurtuluşun 32 ildən ildən sonrakı davamıdır".


Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook