SON XƏBƏR

Deputat Cavanşir Paşazadə: "Heç kimim yoxdur..."

İyul 23
18:38 2024
Ötən gün 6 nömrəli məktəbin şagirdlərinin "Son zəng” günü avtoxuliqanlıq hərəkətləri ilə bağlı sosial şəbəkələrdə görüntülər yayılıb. Lüks avtomobilləri idarə edən şagirdlərin məmur övladları olduğu iddia olunur. Videoda həmin avtomobillərin nömrə və markaları qeyd olunmaqla kimə, hansı məmura aid olduğu da açıqlanıb.

Onlar arasında Milli Məclisin deputatı Cavanşir Paşazadəyə məxsus olduğu deyilən 10 UH 700 Audi Q8 markalı maşın da var. Qeyd olunur ki, bu markalı yeni avtomobilin qiyməti 70-80 min dollar arasındadır.

Məsələ ilə bağlı Bakupost.az C.Paşazadə ilə əlaqə saxlayıb.

O Bakupost.az –a açıqlamasında yayılan məlumatlardan xəbərsiz olduğunu deyib.

"Sizin 6 nömrəli məktəbdə təhsil alan qohumunuz varmı?” sualına "Həmin videonu görməmişəm, nə də bu xəbəri eşitmişəm. Mənim qohumum kimdir, bilmirəm. Nə belə uşağım, nə qohumum var. Heç kimim yoxdur. Həqiqətən, kişi kimi deyirəm ki, nə bu xəbəri oxumuşam, nə də məlumatım var. Mənim 10 UH 700 nömrəli maşınım yoxdur”.


Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook