SON XƏBƏR

Deputat bu şəxsləri məscidlərdən uzaqlaşdırmağa çağırıb

May 02
12:09 2023
"Radikal düşüncə və təfəkkürdə olanlar məscidlərimizdə vəzifələrdən uzaqlaşdırılmalıdır”.

"Report” xəbər verir ki, bu fikirləri Milli Məclisin deputatı Ceyhun Məmmədov parlamentin mayın 2-də keçirilən plenar iclasında çıxışı zamanı deyib.

Onun sözlərinə görə, radikal dini təriqətlərə qarşı aparılan mübarizə eyni qaydada davam etdirilməlidir: "Ölkədə bu cür insanların sayı on minlərlədir. Dini fəaliyyət sahəsində də islahatları sürətləndirməliyik.
 
Bu gün Azərbaycanın suverənliyi və müstəqilliyi üçün ən ciddi təhdidlərdən biri siyasiləşmiş və radikal İslamdır. Ona görə də bunun qarşısının alınması üçün müvafiq addımlar atılmalıdır. Bu düşüncə və təfəkkürdə olan insanlar da bizim məscidlərdə vəzifələrdən uzaqlaşdırılmalıdır. Bunu da kompleks tədbirlər şəklində həyata keçirilməliyik. Bu işlər davamlı şəkildə olmasa zaman-zaman yenidən eyni problemlə üzləşəcəyik”.



Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook