SON XƏBƏR

Deputat Azər Kərimlinin oğlu Londondakı evini satıb - FOTO

Fevral 06
10:22 2024
"Milli Məclisin deputatı Azər Kərimlinin oğlu Fəxri Kərimli Londondakı mənzilini 625 min funt sterlinqə (1,33 milyon manat) satıb”.

"AzPolitika.info” xəbər verir ki, bunu araşdırmaçı jurnalist Cavanşir Həsənli öz "feysbuk” səhifəsində yazıb.

Qeyd olunur ki, A.Kərimlinin ailəsi uzun illərdir İngiltərə paytaxtında yaşayır: "Hazırda beynəlxalq neft treyderi kimi fəaliyyət göstərən Fəxri Kərimli Londonun Ability meydanındakı (Millharbour 37, mənzil 186) 94 kv. metrlik 3 otaqlı əmlakına ötən il müştəri tapıb. Mənzil Fəxri Kərimlinin Londonda təhsil aldığı dövrdə, 2013-cü ildə alınıb və o zamankı dəyərindən 16% artıq qiymətə satılıb. Əmlakın satışının nə ilə əlaqəli olduğu bəlli deyil. Deputatın ailəsi uzun müddətdir ki, Londonda məskunlaşıb”.



Xatırladaq ki, Azər Kərimli 2000-ci ildən bu yana – 24 ildir(!) Qax rayonunun deputatıdır. Ancaq millət vəkilindən daha çox iş adamı kimi tanınan və hər hansı siyasi fəaliyyəti ilə seçilməyən Kərimlinin böyük mebel biznesinə və digər bizneslərə malik olduğu bildirilir. Onu da qeyd edək ki, qanunvericiliyə görə, millət vəkili bizneslə məşğul ola bilməz...
 

 
Qlobal.az




Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook