SON XƏBƏR

Deputat aqrar sahədəki monopolistlərdən danışdı: "İmkan vermirlər"

Yanvar 30
12:52 2016
"Pambıqçılq, çayçılıq, tütünçülük, baramaçılıq, zəfərançılq və digər bu kimi inkişafdan qalmış aqrar sahələrin inkişaf etdirilməsinin vaxtı çatıb. Bu gün söhbət sahibkarlğın inişafından gedir. Əvəllər bu sahələr dövlətin əlində idi. Qiymət də, satış da dövlət tərəfindən müəyyən olunurdu. İnsanlar məhsulu yığıb verir, pullarını da alırdılar. İşdən əlavə yaxşı yığıma görə əlavə mükafat da verilirdi”.
 
Bu sözləri Milli Məclisin Aqrar siyasət komitəsinin sədr müavivi Eldar Quliyev Modern.az saytına açıqlamasında söyləyib.
 
E.Quliyev indi vəiyyətin dəyişdiyini bildirib: "İndi isə sahibkar öz cibinin puluyla, ya da götürdüyü kreditin hesabına vəsait qoymaqla pambıq və digər bu kimi bitkilər əkib-yetişdirir. Deməli, sahibkar bu işi təkbaşına və öz hesabına görürsə, gəlir götürməlidir ki, həm qazana, həm də əlavə xərcləri də qarşılaya bilsin. Əldə olunan məhsul da keyfiyyətli olmalıdır ki, bu məhsulu kənara da satmağı bacarsın. Bu gün pambıqçılıqda və digər inkişafdan qalmış aqrar sahələrdə əsas bəla odur ki, sahibkarların özləri məhsullarını xaricə sata bilmir”.
 
Depuatat onu da bildirib ki, bu gün ölkədəki bəzi monopolist qüvvələr yetişdirilən məhsulun kənara satılmasına imkan vermir: "Sahibkar məhsulu ölkədə də emalda elətdirə bilmirlər. Çünki pambıq alan yalnız 1 təşkilat qalıb. Bu gün ölkədə öz diktəsi ilə hərəkət edən monopolist qüvvələr pambığı istədiyi qiymətə alır. Çünki sahibkar öz malnı xaricə çıxara bilmir və məcbur qalıb əkdiyindən də, çəkdiyi əziyyətdən də aşağı qiymətə həmin inhisarçıya satır. Kənd təsərüffatında, aqrar sahədə ilk növbədə ihinsarçılq, monopoliya birmənalı şəkildə aradan qalxmalıdır. Azad rəqabət olan yerdə həm məhsulun qiyməti, həm də kefiyyəti qalxar”.
 
Eldar Quliyev həmkarı Bəxtiyar Əliyevin kənd təsərrüfatı sahəsində olan elmi-tədqiqat institutlarının ləğvi təklifinə də münasibət bildirib: "Məncə bu məslədə diqqətli olmaq lazımdır. Çünki tədqiqat institutlarının hamısını ləğv etmək olmaz. Hansılar ki, işləyir, onlar qalmalıdır. Müəyyən alimlərimiz var ki, taxılçılıq, buğdaçılq kimi sahələrdə ixtiraları olub. Yəni bu alimlərin əməyinin üstündən xətt çəkmək düzgün deyil. Mənim özüm də həmin sahələr üzrə aliməm. Düzdür bu gün bəzi elmi-tədqiqat institutlarının yalnız adı var, amma fəaliyyəti yoxdur. Əgər bu sahələrdə islahat aparılsa, biz həmin institutlardan prespektivli, bacarıqlı alimləri Elmlər Akademiyasına yığmaqla yaxşı bir alim komandası yarada bilərik”.
 
Eldar Quliyev hesab edir ki, sovet dövründə olduğu kimi, bu gün də alimlər rayonlarla praktiki işlərə, təcrübə üçün ezamiyyətə göndərilməlidir: "Həm elmi işlərinin üzərində işləyərlər, həm də rayonlarda sahibkarlarla, istehsalçılarla bir yerdə olub daha da yaxşı nəticələr ələ edərlər. Bunu Kənd Təsərrüfatı Nazirliyi proqram şəklində hazırlayıb həyata keçirməlidir”.



Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook