SON XƏBƏR

Deputat Ağalar Vəliyevin Ukraynadakı restoranını ruslar partlatdı - FOTOLAR

Dekabr 21
18:08 2024
Xəbər verdiyimiz kimi, Rusiya Ukraynanın paytaxtı Kiyevi hava hücumuna məruz qoyub.

Portuqaliyanın bu ölkədəki səfirliyinin binası ilə yanaşı , çoxsaylı obyektlər də raket hücumundan dağılıb.

Rusiyanın günün səhər saatlarında Kiyevdə "İsgəndər”lə vurduğu "Şah Plov” restoranı Milli Məclisin deputatı Ağalar Vəliyevə məxsusdur.
Gununsesi.info xəbər verir ki, bu barədə isə jurnalist Cavanşir Həsənli yazıb.

”Restoran 2015-ci ilin iyulunda Ağalar Vəliyevin qardaşı oğlu Vəliyev Ramin Şahbaz oğlunun 33.3 faiz pay ortaqlığı ilə Ukraynada qeydiyyatdan keçmiş AXSAN MƏHDUD MƏSULİYYƏTLİ CƏMİYYƏTİ tərəfindən alınıb və restavrasiya olunub. Ramin Vəliyev 2011-ci ildən fəaliyyət göstərən və faktiki olaraq Ağalar Vəliyevə aid AZİTAL MMC-nin də təsisçisidir” deyə Həsənli əlavə edib.
 
Qlobal.az
 

 




Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook