SON XƏBƏR

Demokratların Baydeni əvəzləyəcək alternativi yoxdur - "Time"

İyun 30
08:50 2024
ABŞ-nin məşhur "Time” jurnalı demokratların Baydeni əvəz edə biləcək alternativlərinin olmadığını yazıb.

APA xəbər verir ki, jurnal bütün namizədlərin ABŞ-ın sabiq prezidenti Donald Trampdan reytinqcə aşağıda olduğunu yazıb.

Ətraflı Demokratlar qarşıdan gələn seçkilərdə ABŞ prezidenti Co Baydeni kimin əvəzləyəcəyinə əmin deyillər. Bu onları daha da çətin vəziyyətə salır.

Jurnalda dərc olunan məqalədə deyilir ki, Bayden özü prezidentlik yarışını tərk etsə belə, partiya yeni namizəd seçməkdə tələskənliyə görə daha da çətin vəziyyətə düşəcək. ABŞ-ın vitse-prezidenti Kamala Harris və Kaliforniya qubernatoru Qevin Nyusom da daxil olmaqla, bütün digər namizədlər keçmiş prezident Donald Trampdan reytinqcə aşağıdırlar.

Jurnal həmçinin qeyd edir ki, Baydenin ən yaxın müttəfiqləri belə onun debat performansınə fəlakət kimi qiymətləndirib.


Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook