SON XƏBƏR

Demirtaşdan Türkiyəyə təhdid: Öz parlamentimizi qurarıq

May 04
00:05 2016
PKK-nın siyasi qolu HDP  həmsədri Səlahəddin Demirtaş Türkiyəni təhdid edən bəyanat verib.

Avropa.info xəbər verir ki, partiyasının qrup toplantısında danışan Demirtaş deputat toxunulmazlıqlarının  aradan qaldırılması halında Türkiyə parlamentinə alternativ "parlament" qura biləcəklərinə işarə edib.
 
"Biz sizinlə bərabərik. Bizə elə yuxarıdan aşağı baxa bilməzsiniz. Parlament xalqın iradəsidir. Dostlarımız həbs olunub, millət vəkillərimizin toxunulmazlığını aradan qaldıraraq alçaldarsınızsa, heç bir variant bizim üçün mübahisəsiz olmayacaq. Parlamenti partiyalar deyil, xalq qurur. Xalq istəsə, daha bir parlament qurar", -deyə Demirtaş bildirib.

Qeyd edək ki, Türkiyənin baş naziri Əhməd Davudoğlu cümə günü  parlamentin  konstitusiya lomissiyasında  AKP-li və HDP-li deputatlar arasında baş vermiş əlbəyaxa davadan danışaraq HDP-çiləri muzdlu quldurlar adlandırıb.

"O muzdlu quldurlar  üçün məhkəmə prosesi başlayacaq. Parlamentin qapısının önündən belə keçə bilməyəcəklər" deyə Davudoğlu bildirib.
 
Qlobal.az



Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook