SON XƏBƏR

Dəmirçi ailəsi "Ferrum Kapital"dan nə qədər qazanır və... qazandırır? - RƏQƏMLƏR

Oktyabr 03
11:17 2025
"Ferrum Kapital” faktorinq şirkətinin səhmdarlarına ödənilən dividendin həcmi məlum olub. 

Valyuta.az-ın əldə etdiyi məlumata görə, "Ferrum Kapital” QSC 2024-cü ili mənfəətlə başa vuraraq səhmdarlarına dividend ödəyib. 

Faktorinq şirkəti 2023-cü ildə 960 min manat, 2024-cü il üzrə isə 100 min manat məbləğində dividend bölüşdürüb.
 
Ümumilikdə, son iki ildə şirkət səhmdarlarına 1 milyon 60 min manat dividend ödəyib.

Qeyd edək ki, şirkət "Ağa Group"a daxildir. "Ferrum Kapital”ın səhmlərinin 68%-i Qafar Aydın Dəmirçiyə, 23%-i Habib Zadeh Mohammad Reza Parvizə, 4,5% "AQA Şirkətlər Qrupu” QSC-yə, digər 4,5%-i isə "Vesta İnvestment” QSC – 4,5%-yə aiddir. 

"Bu isə o deməkdir ki, Qafar Aydın Dəmirçinin son iki ildə şirkətdən əldə etdiyi dividend 720,8 min manat, bundan əlavə şirkətlər qrupu vasitəsilə əldə etdiyi vəsait 47,7 min manat təşkil edib."

Eyni paya malik "Vesta İnvestment”ə də eyni həcmdə - 47,7 min manat vəsait ödənilib. 

İkinci böyük səhmdar Habib Zadeh Mohammad Reza Parviz isə son iki ildə şirkətdən 243,8 min manat qazanc götürüb.

Xatırladaq ki, nizamnamə kapitalı 2000 manat olan "AQA Şirkətlər Qrupu” QSC 2008-ci ildə dövlət qeydiyyatına alınıb. Qrupun təsisçisi tanınmış iş adamı Aydın Dəmirçidir. Əsasən iş mərkəzlərinin (Plazalar) sahibi kimi tanınıb. Hazırda "AQA Şirkətlər Qrupu”na bağlı olan iş mərkəzləri arasında "Demirchi Tower”, "AGA İş Mərkəzi”, "Ariana Business Park”, "Caspian Business Center”, "Lotfi Zadeh Texnologiyalar Mərkəzi” və "Caspian Plaza” (3 korpusdan ibarət) yer alır. Bunlardan başqa, "AGA Qroup” kənd təsərrüfatı ("AGA Agro”, "Monte Ferro"), İnformasiya Texnologiyaları ("Bravo Online Systems”), turizm və otelçilik ("Da Vinci” və "Caspian Palace” otelləri) sahələrində də fəaliyyət göstərir. Qrupun maliyyə qoluna daxil olan "Ferrum Kapital” isə faktorinq sahəsində 2017-ci ildən fəaliyyət göstərir.




Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook