"DəmirBank" biznes proseslərinin avtomatlaşdırılmasını davam etdirir
Oktyabr 18
15:52
2015
"DəmirBank” müştərilərə daha çevik və keyfiyyətli xidmət göstərmək üçün biznes proseslərinin avtomatlaşdırılmasını davam etdirir. Bankın biznes prosesləri dünyada ən məşhur ERP sistemlərindən olan SAP sisteminin üzərindədir. Bundan başqa, plastik kartların müstəqil prosessinq mərkəzi olan OCEAN proqramının tətbiqi uğurla başa çatdırılıb.
Bankdan AZƏRTAC-a bildirilib ki, biznes proseslərin avtomatlaşdırılması həm də resurslara qənaət edilməsinə gətirib çıxarır. Bunun sayəsində işçi sayının da optimallaşdırılması mümkün olub. Sentyabr ayında bankda çalışanların sayı ilin başlanğıcı ilə müqayisə edilsə 3 faiz (35 nəfər) azalma olduğu görünər.
"DəmirBank” sentyabr ayında Ağsu və Sabunçu filiallarının yeni interyer dizaynda təmir olunmuş ofisinin açılış mərasimlərini keçirib. Yaxın zamanda isə daha 2 filialın açılışı və bir neçə yeni böyük layihələrin həyata keçirilməsi nəzərdə tutulub.



