“DəmirBank” “AGBank”la birləşməkdən imtina etdi
Fevral 11
18:47
2016
Ötən ay "DəmirBank” və "AGBank” arasında iki bankın konsolidasiyası ilə bağlı ilkin niyyət protokolu imzalandıqdan sonra "DəmirBank” rəhbərliyi bu istiqamətdə aktiv müzakirələr aparıb, konsolidasiyanın hər iki tərəfə və ümumilikdə bank sektoruna mümkün təsirləri araşdırılıb.
Məlumata görə, "DəmirBank” ASC-in Müşahidə Şurası birləşməni səhmdarların, əmanətçilərin, xarici kreditorların və bütün digər hissədarların maraqları nöqteyi-nəzərindən qiymətləndirib və müzakirələrin nəticəsi olaraq sözü gedən konsolidasiyanın məqsədəuyğun olmadığına dair qərar qəbul edib.