Dələduzluqla bağlı bəraət alan Azər İsmayılov məhkəmədə həbs olunub - Bir milyon manat...
Yanvar 25
20:24
2025
Bir milyon manatdan çox dələduzluqda təqsirləndirilən Azər İsmayılov barəsində olan hökmdən apellyasiya protesti və apellyasiya şikayəti üzrə keçirilən məhkəmə yekunlaşıb.
Qərara əsasən, birinci instansiya məhkəməsinin hökmü dəyişdirilib və təqsirləndirilən Azər İsmayılov 10 il müddətində azadlıqdan məhrum etmə cəzasına məhkum edilib.
O, məhkəmə zalında həbs olunub.
Qeyd edək ki, Bakı Ağır Cinayətlər Məhkəməsi Azər İsmayılov Cinayət Prosessual Məcəlləsinin 42.1.2-ci maddəsinə əsasən, əməldə cinayət tərkibi müəyyən edilmədiyindən Azər İsmayılov barəsində bəraət hökmü çıxarıb.
İttihama görə, Azər İsmayılov xarici ölkələrdən ölkəmizə ət və ət məhsullarının tədarükü ilə məşğul olub. O, vətəndaşların etibarından sui-istifadə edərək onların pulunu mənimsəməkdə təqsirləndirilib.
Qlobal.az