Dələduzluqda təqsirləndirilən hakim 2 ildir axtarışda imiş
Oktyabr 03
11:32
2016
Dələduzluqda təqsirləndirilən sabiq hakim ev dustaqlığına buraxılmayıb.
Musavat.com xəbər verir ki, oktyabrın 3-də Bakı Ağır Cinayətlər Məhkəməsində dələduzluqda təqsirləndirilən sabiq hakim Fəxrəddin Rzayevin cinayət işi üzrə məhkəmə prosesi davam etdirilib.
Hakim Fikrət Qəribovun sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxsin vəkilinin qaldırdığı vəsatətlərə münasibət bildirilib.
Sabiq hakimin vəkilinin cinayət işinə xitam verilməsi ilə bağlı vəsatəti təmin edilməyib.
İkinci vəsatət isə F.Rzayevin ev dustaqlığına buraxılması ilə bağlı olub. Hakim Fikrət Qəribov qeyd edib ki, təqsirləndirilən şəxs iki il axtarışda olduğu üçün onun ev dustaqlığına buraxılması mümkün deyil.
İş məhkəmə baxışına verilib. Növbəti məhkəmə prosesi oktyabrın 6-da davam etdiriləcək.
Qeyd edək ki, Fəxrəddin Rzayev bir neçə nəfərin etimadını qazanaraq dələduzluq əməli törədib.
Onların şikayəti əsasında F.Rzayev saxlanılıb. Ona Cinayət Məcəlləsinin 178.3.2( külli miqdarda dələduzluq) maddədi ilə ittiham verilib.
Xatırladaq ki, Fəxrəddin Rzayev 2000-ci ilə qədər Yasamal rayon Məhkəməsində hakim olub. Sonra öz ərizəsi ilə işdən çıxıb. F. Rzayev bir müddət də Bakı Hərbi Məhkəməsində icra şöbəsinə rəhbərlik edib.