Dələduzluqda ittiham olunan professoru deputat müdafiə edir? - İDDİA
Fevral 05
01:32
2024
Dələduzluqda ittiham olunan professor Raya Nəcəfovanı Milli Məclisin deputatı Ülvi Quliyev müdafiə edir.
Bu barədə Qlobal.az-ın əldə etdiyi məlumatda deyilir.
Məlumata görə Raya Nəcəfova xeyli sayda şəxsdən külli miqdarda pul alıb. Lakin zərərçəkmiş şəxslər hüquqlarını bərpa edə bilmir.
Raya Nəcəfovaya böyük vəzifəli şəxslərin dəstək verdiyi vurğulanır.
Bu şəxslərdən biri də Milli Məclisin deputatı Ülvi Quliyevdir.
Onların həm də quda olduğu bildirilir.
Raya Nəcəfovaya digər dəstəyi isə həyat yoldaşı Rövşən Əlvəndov tərəfindən verildiyi vurğulanır.
Rövşən Əlvəndov hazırda Qaçqın və Məcburi köçkünlərin İşləri üzrə Dövlət Komitəsində Təmir tikinti İdarəsinin müdiridir.
Qeyd edək ki, bir müddət əvvəl Raya Nəcəfova barəsində Cinayət Məcəlləsinin 178.2.2-ci (Dələduzluq- təkrar törədildikdə) maddəsi ilə cinayət işi başlanıb. Artıq ibtidai istintaq yekunlaşıb və iş baxılması üçün Yasamal Rayon Məhkəməsinə göndərilib. Raya Nəcəfova barəsindəki cinayət işinin məhkəmə istintaqı hakim Rauf Daşdəmirovun sədrliyi ilə aparılacaq.

Bu barədə Vahid Məhkəmə Portalında da məlumat yerləşdirilib. Məlumatdan aydın olur ki, iş üzrə 11 nəfər zərərçəkmiş qismində tanınıb. Təfərrüatlar barədə isə bilgi yoxdur.
Qarşı tərəf mövqe sərgiləyə bilər.
Qlobal.az