SON XƏBƏR

Dələduzluğa görə təqsirləndirilən Seymur Məmmədov yeni vəzifəyə təyinat alıb - Sumqayıtda

İyul 28
18:01 2022
Sumqayıt şəhər İcra Hakimiyyətinin nəzdində fəaliyyət göstərən Sumqayıt Bulvar İdarəsinə direktor müavini təyin edilib. 

Xalqxəbər.az-ın əldə etdiyi məlumata görə yeni direktor müavini Sumqayıt şəhər icra başçısı Zakir Fərəcovun həmyerlisi və yaxın adamı Seymur Məmmədovdur. 

Seymur Məmmədovun adı ölkə mətbuatına heç də yad isim deyil. Belə ki, onun vaxtı ilə Abşeron rayon Memarlıq-tikinti şöbəsinin müdiri vəzifəsində işləyərkən Baş Prokurorluq yanında Korrupsiyaya qarşı Mübarizə İdarəsi tərəfindən saxlanılması ilə bağlı mətbuatda xəbər yayılmışdı. Ancaq həmin vaxt Seymur Məmmədov icra başçısı Zakir Fərəcov tərəfindən həbsdən xilas edilmişdi.

Qeyd edək ki, iki ay öncə ölkə mətbuatında yayılan digər xəbərdə bildirilirdi ki, tikinti şöbəsinin keçmiş rəisi Seymur Məmmədov dələduzluğa görə məhkəməyə verilib. Bakı Apellyasiya Məhkəməsində hakim Rəşad Abdulovun sədrliyi keçirilən presesdə Seymur Məmmədov və ortağı Çingiz Təhməzov Cinayət Məcəlləsinin 178.3.2 maddələri ilə təqsirləndirilir. Zərərçəkmiş şəxslər isə Abşeron rayonu Saray Bələdiyyəsi və vətəndaşlar Elşən Rəhmanlı ilə Elmir Şəmiyevdir.

Xalqxəbər.az-a daxil olan məlumatda bildirilir ki,  Seymur Məmmədov həmyerlisi Zakir Fərəcovun köməkliyi ilə Bakı Apellyasiya Məhkəməsindəki məhkəmə prosesini "yoluna qoyub”. 

Dələduzluq maddəsi ilə ittiham edilən keçmiş tikinti şöbəsinin müdirinə hətta yeni vəzifədə verilib. 

Aldğımız məlumata görə, Seymur Məmmədov Zakir Fərəcovun göstərişi ilə Sumqayıt Bulvar İdarəsinin direktor müavini təyin edilib. Hazırda Sumqayıt Bulvar İdarəsində bütün işlərə Seymur Məmmədovun nəzarət etdiyi bildirilir. Hətta onun yaxın aylarda İdarənin direktoru olacağı da deyilir.
 
Qlobal.az



Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook