Dekabrın 23-ü qeyri-iş günüdür
Dekabr 20
10:24
2019
Azərbaycanda bələdiyyə seçkiləri ilə əlaqədar gələn həftənin bazar ertəsi - dekabrın 23-ü qeyri-iş günüdür.
APA-nın xəbərinə görə, Seçki Məcəlləsinin 8-ci maddəsinin (Seçkilərin (referendumun) təyin edilməsi müddəti) 2-ci bəndinə əsasən, səsvermə günü seçki (referendum) keçirilən ərazidə iş günü hesab olunmur.
Bələdiyyə seçkiləri respublika üzrə keçirildiyindən dekabrın 23-ü qeyri-iş günüdür.



