SON XƏBƏR

'Dekabank'ın Müdafiə Nazirliyinə qarşı şikayətinə baxılıb

Oktyabr 06
11:49 2016
Bakı Apellyasiya Məhkəməsində "Dekabank" ASC-nin Müdafiə Nazirliyinə qarşı şikayəti üzrə məhkəmə başa çatıb.

APA-nın məlumatına görə, məhkəmədə bildirilib ki, tərəflər arasında barışıq sazişi imzalandığı üçün işə xitam verilib.

Qeyd edək ki, nazirlik banka qarşı cərimənin ödənilməsi haqqında iddia ərizəsi ilə 1 saylı Bakı İnzibati İqtisad Məhkəməsinə müraciət edib. Məhkəmə iddianı təmin edib. Bank isə qərardan şikayət verib.
 
Qlobal.az



Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook