Dayə qalmaqallı lisey direktorunun evindən külli miqdarda oğurluq etməkdə günahlandırılır
Aprel 13
15:11
2020
Bakıda tanınmış lisey direktorunun evindən külli miqdarda oğurluq olub.
"Yeni Sabah”ın məlumatına görə, Xətai rayonunda yerləşən Heydər Əliyev adına liseyin direktoru Orucova Sevinc Rafiq qızı evindən oğuluq olması ilə bağlı Yasamal rayon Polis İdarəsinə şikayət edib. O, ərizəsində uşağının dayəsi İsmayılova Gülnar Çingiz qızından şikayətçi olub.
Daxil olmuş ərizə əsasında araşdırmalara başlanılıb və fakta görə Cinayət məcəlləsinin 177.3.2-ci ( oğurluq- külli miqdarda ziyan vurmaqla törədildikdə) maddəsi ilə cinayət işi başlanılıb. Şübhəli şəxs qismində saxlanılan Gülnar İsmayılova isə həbs edilib. Bundan sonra təqsirləndirilənin müdafiəçisi Ziya Ələsgərov Gülnar İsmayılovanın ev dustağlığına buraxılması ilə bağlı vəsatət verib və hakim Murad Məmmədov vəsatəti təmin edərək qadını azadlığa buraxıb.
Vəkilin sözlərinə görə, Gülnar İsmayılova əvvəllər Sevinc Orucovanın direktor olduğu məktəbdə laborant vəzifəsində çalışıb, sonra isə onun uşağının dayəsi olub. Ancaq Gülnar İsmayılova heç bir oğurluq cinayətini törətməyib.
Qeyd edək ki, zərərçəkən qismində tanınan Sevinc Orucova qalmaqallı direktor kimi tanınır. Belə ki, o, Sevda Məhərrəmova adlı müəllimi öz həmkarını müdafiə etdiyinə görə məktəbdə dərs saatlarını azaldıb. Həmçinin şagirdləri müxtəlif bəhanələrlə dərslərdə iştirak etməyə buraxmamaqla yadda qalıb.

Qlobal.az