SON XƏBƏR

Davudoğlu: "Suriya xalqı ruslara müqavimət göstərə bilirsə, bu Türkiyənin sayəsindədir"

Fevral 23
20:42 2016
Türkiyənin baş naziri Əhməd Davudoğlu bəzi ərəb dövlətlərinin "Türkiyə Suriya xalqına tam dəstək vermir" iddialarına sərt cavab verib.
 
Avropa.info xəbər verir ki, Əl-Cəzirə telekanalına müsahibə verən Davudoğlu Suriya xalqının müdafiəsinin məhz Türkiyə tərəfindən təmin olunduğunu gizlətməyib.
 
"Türkiyənin Suriya xalqına dəstəyi yoxdursa, onlar özlərini necə müdafiə edirlər? Hələbi müdafiə edə bilərdilərmi? Bu qədər təzyiqlər altında mübarizə apara bilmələri mümkün idimi? Suriyada bu gün müxalifət varsa, bu Türkiyənin dəstəyi səbəbindəndir. Bu gün Əsəd rejimi ölkəyə tam nəzarət edə bilmirsə, bu Türkiyənin dəstəyi sayəsindədir. Keçən həftə Rusiyanın İŞİD-i hədəf almadan Tel Rıfat, Hələb və Azezə 500 dəfə ağlr bombardmana baxmayaraq Suriya xalqı hələ oradadırsa və torpaqlarını müdafiə edirlərsə, bizim dəstəyimiz sayəsindədir.
 
Biz bu dəstəyə davam edəcəyik. Mənə eyni sualı soruşduğunda, "Suriyaya niyə müdaxilə etmirsiniz" dediyində, çox əhəmiyyətli bir ərəb dövlət adamına bunu söylədim: Başikaya Mosulun azad edilməsi üçün hərbi təlimçilər və onları qoruması üçün hərbi birliklər göndərdik. Buna görə, Ərəb Liqası Türkiyəni qınadı.İndi bizə bu sualı soruşanlar dönüb özlərinə baxmalı, hansı ərəb ölkəsi Suriya xalqı üçün Türkiyədən daha çoxunu etdi? Suriyaya hərbi müdaxilə etsək , Ərəb ölkələrinin bizi müdafiə edəcəyini və dəstəkləyəcəyinə zəmanətini bizə kim verəcək?" deyə Davudoğlu qeyd edib.
 



Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook