SON XƏBƏR

Davudoğlu Qarabağı kimin işğal etdiyini açıqladı...

Fevral 16
13:16 2016
Rəsmi Bakının Rusiyanın Azərbaycan torpaqlarının işğalı ilə bağlı dilə gətirə bilmədiyini Türkiyənin baş naziri Əhməd Davudoğlu dedi.
 
Nəhayət ki, Davudoğlu Azərbaycan torpaqlarının işğalında birbaşa Rusiyanın rolu olduğunu bəyan etdi.
 
Moderator.az xəbər verir ki, bunu "Atlas” Araşdırmalar Mərkəzinin rəhbəri Elxan Şahinoğlu deyib. Onun sözlərinə görə, Türkiyənin baş naziri Əhməd Davudoğlu bu gün Kiyevdəki açıqlamasında Rusiyanın Dağlıq Qarabağın işğalında Ermənistana dəstək verdiyini bəyan edib. "Böyük ehtimalla rəsmi Bakı bu açıqlamanı nə təsdiq, nə də təkzib edəcək. Təsdiq həqiqəti söyləməklə yanaşı Rusiyaya meydan oxumaq, təkzib isə Rusiyanın torpaqlarımızın işğalında heç bir rol oynamadığını deməklə Davudoğlunu yalançı çıxarmaqdır ki, bu da Ankara ilə münasibətlərin soyuması demək olardı. Əslində Davudoğlu rəsmilərimizin Rusiya ilə bağlı qapalı qapılar arxasında söylədiyini açıq deyib.”
 
Politoloq əlavə edib ki, iki gün sonra Türkiyə prezidenti Rəcəb Təyyub Ərdoğan Gəncəyə gələcək, eyni fikri onun da Azərbaycanda söyləyəcəyi istisna deyil. "Aydındır ki, rəsmi Bakı Rusiya ilə münasibətlər gərginləşməsin deyə, Dağlıq Qarabağın işğalında Rusiyanın adını hallandırmaqdan çəkinir. Ancaq rəsmilərimiz özləri də etiraf edir ki, Ermənistan təkbaşına torpaqlarımızı işğal edə bilməzdi. Demək, hansısa məqamda Davudoğlunun açıqlamasına reaksiya vermək də lazım gələ bilər. Azərbaycan rəsmiləri torpaqlarımızın işğalında Rusiyanın adını çəkə bilmirlərsə, heç olmazsa "Rusiya istəsə Ermənistan hakimiyyətinə təsir edib Dağlıq Qarabağ ətrafındakı boşalda bilər" ifadəsini işlədə bilərlər...”,- E. Şahinoğlu qeyd edib.



Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook