Davudoğlu: Onları darmadağın edəcəyik
Fevral 04
17:16
2016
"İŞİD, PKK, DHKP-C terror təşkilatları birləşərək Türkiyəyə qarşı hərəkətə başladılar. Onları darmadağın edəcəyik”.
ANS PRESS-in məlumatına görə, bu sözləri Türkiyənin baş naziri, Ədalət və İnkişaf Partiyasının (AKP) sədri Əhməd Davudoğlu deyib. AKP vilayət nümayəndəliklərinin rəhbərləri ilə görüşən Davudoğlu gündəmdəki hadisələr barədə açıqlama verib:
"Bir tərəfdən İslamı təmsil etdiyini iddia edən İŞİD, digər tərəfdə kürdləri müdafiə etdiyini iddia edən, ən çox da kürdləri qətlə yetirən PKK, bir başqa tərəfdə də ələviləri təmsil etdiyini deyən DHKP-C birləşərək Türkiyəyə qarşı hərəkətə başladılar. Daha doğrusu başladıldılar”.
Türkiyənin bütün məzlumların sığına biləcəyi son qala olduğunu deyən Davudoğlu kimlərinsə bu qalanı uçurmağa çalışdığını bildirib.



