SON XƏBƏR

Daşkəsəndə Əhəd Abıyevə yeni - Nüsrət Vəliyev Rövşən Rzayev cəbhəsi

Fevral 18
00:24 2016
Dünən bir qrup Daşkəsən rayon sakinləri rayonun icra hakimiyyətinin başçısı Əhəd Abıyevdən Respublika prezidenti İlham Əliyevə şikayət məktubu ünvanlayıblar. Şikayət müəllifləri rayonda baş verən qanunsuzluqlara, məmur özbaşınalığına son qoyulması üçün ölkə rəhbərindən kömək istəyiblər.
 
Məktub müəlliflərindən biri olan , "Sahil-M" kiçik müəssisəsinin rəhbəri Daşkəsən rayon, İ. Qayıbov küçəsi 45, ev 21-də yaşayan Məmmədova Nuriyyə Cəlil qızı ərizəsində qeyd edir ki: "Mən 1996-cı ildən Daşkəsəndə kənd və fermer təsərrüfatı ilə məşğul oluram. Təəssüf ki, təsərrüfatıma ayrılmış 130 hektara yaxın torpaq sahəsindən istifadə edə bilmirəm. Çünki torpağım icra başçısı Əhəd Abıyevin rəhbərliyi altında başqa şəxslərə satılır. Bu işi ləğv edilən Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Daşkəsən rayon Şöbəsinin müdiri Şahbaz Mehtiyev həyata keçirməkdə davam edir. Komitə ləğv olunandan sonra icra başçısı onu bu "xidmətlərinə" görə işsiz qoymayıb, yeni vəzifəyə təyin edib".
 
Daha sonra Məmmədova Nuriyyə Cəlil qızı bildirir ki, "ona məxsus torpaq sahəsi üzərində pozulmuş hüquqlarının bərpa olunmasını tələb edir. N.Məmmədova bildirir ki, zəbt olunmuş torpaqlarının təsərrüfatına qaytarılması üçün Prezident Administrasiyasına, Nazirlər Kabinetinə, Kənd Təsərrüfatı Nazirliyinə və məhkəməyə müraciət edin. Prezident İlham Əliyev bu ilin-2015-ci ilin "Kənd təsərrüfatı ili" elan olunması haqda sərəncam verib. Yerli icra hakimiyyəti sərəncamı icra etmək əvəzinə, yerli fermerə məxsus torpaq sahəsini satır”.
 
Qlobal.az Daşkəsəndə yaranmış problemlə bağlı maraqlı məlumat əldə edib. Deyilənə görə, son günlər haqqında Prezident aparatına ünvanlanan şikayətlərin ardı - arası kəsilməyən Əhəd Abıyev bu şikayətlərin arxasında onun rəqiblərinin olduğunu düşünür.
 
Mənbə qeyd edir ki, bu barədə Əhəd Abıyev "yuxarılara” müraciət edərək konkret "ünvanlar” da göstərib.
 
İnformasiyaya görə Əhəd Abıyev əsas şübhələndiyi şəxs icra hakimiyyətinin şəhər üzrə nümayəndəsi Nüsrət Vəliyevdir. Abıyevin düşündüyünə görə, Nüsrət Vəliyev heç də özbaşına hərəkət eləmir. Vəliyevi bu məsələlərdə koordinatsiya edən Abıyevlə arası "sərin” olan Daşkəsənin deputatı Rövşən Rzayevdir.
 
Qarşı tərəfi də dinləməyə hazırıq.
 
Qlobal.az



Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook