SON XƏBƏR

“Daşkəsən Dəmir Filiz“ MMC “Azərbaycan Sənaye Korporasiyası” ASC-yə birləşdirilə bilər

May 17
18:35 2023
Azərbaycanda sənaye sahəsində fəaliyyət göstərən bir sıra müəssisələr yenidən formalaşdırıla bilər. 
 
AzFakt.com xəbər verir ki, buna səbəb iqtisadi rentabelliyin artırılmasıdır. 
 
Məlumata görə aparalıcaq yeni struktur islahatlarında "Daşkəsən Dəmir Filiz" Məhdud Məsuliyyətli Cəmiyyətinin "Azərbaycan Sənaye Korporasiyası” Açıq Səhmdar Cəmiyyətinin tabeliyinə veriləcək. 
 
"Daşkəsən Dəmir Filiz" MMC 2020-ci ildə dövlət qeydiyyatına alınıb. "Azergold" QSC-nin tabeliyində fəaliyyət göstənən MMC-nin nizamnamə kapitalı 174.303.974 manat təşkil edir. 

Hazırda "Azərbaycan Sənaye Korporasiyası” Açıq Səhmdar Cəmiyyətinin tabeliyində "Azəralüminium” MMC, "Azərpambıq ASK” MMC, "Azəripək” MMC, "ASK Tekstil” MMC, "ASK Security” MMC, "ASK Xidmət” MMC, "ASK Əmlak” MMC, "ASK İzolit” MMC, "ASK Aqro” MMC və "ASK Şəki SES" MMC-lər fəaliyyət göstərir. 
 
Xatırladaq ki, "Azərbaycan Sənaye Korporasiyası” ASC-nin baş direktoru sabiq deputat Kamran Nəbizadədir. 
 
O, bu vəzifəyə 2017-ci ildə təyin edilib.

Qlobal.Az




Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook