SON XƏBƏR

Daşkənd Beynəlxalq Məktəbində Birləşmiş Millətlər günü ilə əlaqədar millətlərin mədəniyyət festivalı keçirilmişdir

Oktyabr 28
15:40 2015
Orta Asiyanın ən nüfuzlu ingilis dilli orta məktəblərindən olan Daşkənd Beynəlxalq Məktəbində Birləşmiş Millətlər günü ilə əlaqədar millətlərin mədəniyyət festivalına bu il maraq böyük olmuşdur.
 
Festivalda Özbəkistanda fəaliyyət göstərən səfirliklər və mədəniyyət mərkəzləri iştirak etmiş və onlar üçün ayrılmış otaqlarda hər ölkə öz mədəniyyətinə dair guşələr yaratmışdır. Özbəkistandakı Səfirliyimizin nəzdindəki Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzinin təşkil etdiyi Azərbaycan otağına iştirakçılar böyük maraq göstərmişlər.
 
Azərbaycan üçün ayrılmış guşədə ölkəmizin mədəniyyəti, milli suvenirlər, milli kəlağayılar, Azərbaycanın turizm resurslarına dair nəşrlər nümayiş etdirilmiş, milli mətbəximizi əks etdirən xörəklər, şirniyyatlar təqdim olunmuşdur. Tədbir çərçivəsində Azərbaycanın turizm resurslarını təbliğ edən xüsusi videoçarx nümayiş olunmuşdur.
 
Tədbirin rəsmi açılışında Birləşmiş Millətlər Təşkilatı haqqında məlumat verilmiş və xalqlar arasında sülhün, inkişafın əldə olunmasında BMT-nin rolu vurğulanmışdır. Festival çərçivəsində təşkil olunan konsertdə müxtəlif ölkələri təmsil edən rəqs və musiqi qruplarının çıxışı olmuşdur. Azərbaycan Mədəniyyət Mərkəzinin rəqs ansamblı "Uzundərə", "Tello" milli rəqslərimizi ifa etmiş və Azərbaycan qızlarının çıxışı böyük maraqla qarşılanmışdır.



Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook