SON XƏBƏR

Darhan Kıdıralı yenidən Beynəlxalq Türk Akademiyasının (TWESCO) prezidenti seçildi

Sentyabr 05
14:06 2018
Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurası dövlət başçılarının qərarı ilə Beynəlxalq Türk Akademiyasının (TWESCO) prezidenti Darhan Kıdıralı ikinci müddətə təşkilata rəhbər təyin olunub.

Qırğızıstanın Çolpan-Ata şəhərində keçirilən Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasıının VI Sammitində Azərbaycan, Türkiyə, Qazaxıstan, Qırğızıstan, Özbəkistan prezidentləri Beynəlxalq Türk Akademiasının işinə yüksək dəyərləndiriblər.

Sammit iştirakçıları ötən dörd il ərzində Akademiyanın gördüyü işlər, irəli sürdüyü layihələr və qazandığı uğurları yüksək qiymətləndiriblər. Qeyd olunub ki, qısa zaman kəsiyində türk dünyasının tarixini, keçmişini əhatə edən səəmərəli elmi-praktik konfranslar, arxeololoji qazıntılar aparılıb. Türk Şurasına üzv dövlətlərin orta məktəblərində tədris olunacaq "Ortaq Türk Tarixi” dərsliyi, "Atalar Mirası”, "Türkbarometr” layihələri, BMT və UNESCO-da türk dünyasının mədəniyyət, ədəbiyyat və tarixi şəxsiyyətləri ilə bağlı keçirilən beynəlxalq simpoziumlar, forumlar, 90-dan çox elmi əsərin işıq üzü görməsi Akademiyanın Türk dünyasına verdiyi töhfədir.

Dövlət başçıları tərəfindən TWESCO-nun fəaliyyətinə verilən yüksək qiymət Sammitin qəbul etdiyi yekun deklarasiyada da öz əksini tapıb.
 
Qlobal.Az



Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook